ain.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən 1 fevrala qədər Kiyevə zərbələr endirməməyi xahiş edib və o da bununla razılaşıb.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"(ABŞ Prezidenti Donald – red.) Tramp, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər bir həftə ərzində Kiyevə zərbə endirməmək üçün şəxsi xahişi ilə (Putinə – red.) müraciət edib", - deyə Peskov bildirib.
Putinin Trampın xahişini yerinə yetirməyə razı olub -olmadığı soruşulduqda, Peskov belə cavab verib: "Bəli, əlbəttə ki, bu, Trampın şəxsi xahişi idi".
Kremlin sözçüsü bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.