AZ

Peskov: Suriyada ikitərəfli münasibətlər fəal şəkildə inkişaf edir

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Kremlin sözçüsü Dmitri Peskov Suriyada hakimiyyət dəyişikliyindən sonra ikitərəfli münasibətlərin fəal şəkildə inkişaf etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri müzakirə edib.

Peskov Rusiya prezidenti Vladimir Putinin bu gün Moskvada Suriya prezidenti Əhməd Şara ilə görüşəcəyini qeyd edərək, görüşdə xüsusilə iqtisadi sahədə ikitərəfli münasibətlərə və Yaxın Şərqdəki vəziyyətə diqqət yetiriləcəyini əlavə edib.

Görüşdə Suriyadakı Rusiya bazalarının taleyinin də müzakirə olunacağı barədə məlumatı paylaşan Peskov bildirib ki, "Suriyada rejim dəyişikliyindən sonra ikitərəfli münasibətlər fəal şəkildə inkişaf edir".Ötən il Suriyada devrilən və Rusiyaya sığınan Bəşər Əsədin ekstradisiyası ilə bağlı suala Peskov "Biz Əsədlə bağlı şərh vermirik" cavabını verib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr