ABŞ-ın Nyu-York ştatında özünü FTB agenti kimi təqdim edən bir kişi "UnitedHealthcare" şirkətinin baş direktorunun qatilini azad etməyə cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilib ki, Minnesota ştatından olan Mark Anderson yanvarın 28-də Federal Təhqiqatlar Bürosunun (FTB) agenti kimi davranaraq, Nyu-Yorkda həbsdə olan Luigi Mangioneni qaçırmağa cəhd edərkən saxlanılıb.
Hakimiyyət orqanlarını aldatmağa cəhddə ittiham olunan Anderson, şəxsiyyət vəsiqəsi istənərkən Minnesota ştatının sürücülük vəsiqəsini göstərib və çoxsaylı sənədləri məmurlara təhvil verib. Prokurorluq Andersonun çantasında silah və kəsici alətlər tapıb.