AZ

FTB məşhur haker forumunu BAĞLADI

ABŞ-ın hüquq-mühafizə orqanları açıq şəkildə şantaj proqram təminatının (ransomware) təbliğ olunduğu azsaylı platformalardan biri hesab edilən RAMP haker forumunun fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə Haker.ru məlumat yayıb.

Bildirilib ki, resurs zərərli proqramların alqı-satqısı, haker xidmətlərinin göstərilməsi və şantaj sxemlərində iştirak üçün tərəfdaşların tapılması məqsədilə istifadə olunurdu.

2026-cı ilin yanvar ayının sonunda forumun həm əsas saytı, həm də "Tor" şəbəkəsindəki versiyası əlçatmaz olub və səhifədə müsadirə barədə bildiriş görünməyə başlayıb. Məlumatda qeyd olunur ki, əməliyyat Federal Təhqiqat Bürosunun (FTB) ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə prokurorluğu və Ədliyyə Nazirliyinin kompüter cinayətləri bölməsi ilə birgə iştirakı ilə həyata keçirilib.

Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməsələr də, domenin DNS qeydləri FTB tərəfindən internet resurslarının müsadirəsi zamanı istifadə olunan ns1.fbi.seized.gov və ns2.fbi.seized.gov serverlərinə yönləndirilib. İstintaqçıların forumun istifadəçi bazalarına və daxili məlumatlarına çıxış əldə edib-etmədiyi hələ məlum deyil.

Seçilən
24
22
publika.az

10Mənbələr