AZ

Suraxanıda Gənclər günü qeyd olundu

Suraxanı rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Akademiyanın rəisi, general-mayor Baba Salayev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Sevinc Fətəliyeva, Qaya Məmmədov, RİHB-nin müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon gəncləri iştirak ediblər.

Tədbir öncəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Sonra nailiyyətli gənclərin müxtəlif sahələr üzrə hazırladıqları sərgiyə baxış keçirilib.

Akademiyanın akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Seçilən
7
24
publika.az

10Mənbələr