AZ

İran Ordusunun GENERALI: “ Trampın sürətli əməliyyat planları işə yaramayacaq” 

Dünən İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarına sərt reaksiya verib. Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, Vaşinqtonun istənilən “səhv hesablaması” dərhal və qətiyyətli cavabla qarşılanacaq.

Generalın sözlərinə görə, İran Silahlı Qüvvələri əvvəlki təcrübələrdən nəticə çıxarıb və artıq tərəddüdə və düşmənə vaxt qazandırmağa yol verilməyəcək. O, vurğulayıb ki, əməliyyat planları əvvəlcədən hazırlanıb.

İran ordusunun sözçüsü qeyd edib ki, bölgədə yerləşən ABŞ hərbi bazaları İranın dron və raket sistemlərinin birbaşa zərbə məsafəsindədir.

Sitat: “ABŞ-nin mümkün hücumu Trampın təsəvvür etdiyi kimi qısa və sürətli əməliyyatla bitməyəcək. Belə bir addım bir neçə saatlıq əməliyyatla məhdudlaşmayacaq, əksinə bütün regionu əhatə edən genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər”.

Seçilən
60
50
veteninfo.az

10Mənbələr