AZ

Kreml Zelenskiyə cavab verib: Putin ancaq Moskvada danışıqlara hazırdır, Zaporojye AES isə iki ildir nəzarətimizdədir

ain.az, Apa.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə görüş təklif etməyib, Ukrayna prezidenti görüş istəyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Moskvada Putinlə görüşməyə razı olmamasına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya (prezident Vladimir Putin-red) danışıqlar aparmağa hazırdır, amma yalnız Moskvada.

Peskov Zelenskinin Ukrayna tərəfinin Donbass və Zaporojye Atom Elektrik Stansiyaları məsələlərində güzəştə getməyə hazır olmaması, onları döyüşsüz təslim etməyəcəkləri barədə bəyanatına da münasibət bildirib:

"Biz bu açıqlamaları görmüşük. Bu kontekstdə qeyd etmək vacibdir ki, Zaporojye Atom Elektrik Stansiyası iki ildən çoxdur ki, Rusiyanın nəzarəti altındadır. Burada yeganə sual budur ki, bu, Kiyev rejiminin stansiyanı geri almaq üçün mübarizə aparmaq niyyətində olması anlamına gəlirmi? O, stansiyaya hücum etmək niyyətindədirmi? Donbassa gəldikdə isə, cəbhədəki dinamika öz sözünü deyir. Daha nəsə əlavə etməyə dəyməz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
50
apa.az

10Mənbələr