Mia.az saytına istinadən ain.az xəbər verir.
"Ukraynanın ərazi bütövlüyünü pozacaq heç bir addım atmayacağıq"
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ-ın müharibəyə son qoymaq üçün hazırladığı sülh planı üzərində iş gedir: "Plandakı əksər bəndlər üzrə ABŞ tərəfi ilə razılığa gəldik. Ukrayna 20 bəndlik ABŞ planında 2 bəndi əsla qəbul etmir, digərlərini isə dəstəkləyirik".
Zelenski Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu qeyd edib: "Biz sülh müqaviləsindən əvvəl ABŞ-laə təhlükəsizlik zəmanəti sənədini imzalamalıyıq. Ki, daha sonra Rusiya ilə süklh sazişinə imza ataq. Lakin dediyim kimi, hər kəs bilir və bilməlidir ki, Ukraynanın ərazi bütövlüyü müzakirə oluna bilməz. Bu məsələ ilə bağlı ABŞ və Rusiya ilə davam edən danışıqlarda da konkret mövqeyimizi ortaya qoymuşuq. Ərazi bütövlüyü kimi sərt tələblər qəbulolunmazdır, biz qəbul etməyəcəyik. Ukraynaya qarşı bu cür sərt tələblər qətiyyən güzəşt deyil. Bu, Ukraynanın ərazi bütövlüyünə qəsddir".
Müharibəyə son qoymaq istədiklərini ifadə edən Zelenski sözünə əlavə olaraq deyib ki, ərazi bütövlüyündə dəyişiklik tələb olunmayan güzəştlərə isə hazırdırlar. O, Rusiya və ABŞ heyətiylə 1 fevralda BƏƏ-də nəzərdə növbəti üçtərəfli görüşün tarixi və ya yerinin dəyişə biləcəyini də qeyd edib: "Amerika ilə İran arasındakı proseslər tarixə təsir edə bilər. Xəbər gözləyirik. Bildiyimiz qədəri ilə Rusiya və Amerika artıq bu məsələ ilə bağlı əlaqədirlər"
Samir MUSAYEV
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.