ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Bakıda itən azyaşlının valideynləri axtarılır.
Sherg.az xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıb:
"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.