"Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb".
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.
***
14.37
Bakıda itən azyaşlının valideynləri axtarılır.
APA xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıb:
"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".
Videoda qeyd edilib ki, azyaşlının valideynlərinin adı Təbriz və Gülüdür. O, 21 saylı məktəbdə ikinci sinifində təhsil alır.