AZ

Britaniyada 50 minə yaxın məhkum vaxtından əvvəl azad edilib

Bakı. Trend:

Böyük Britaniyada penitensiar sistemdə həddindən artıqyüklənmənin azaldılması proqramı çərçivəsində bir il ərzindətəxminən 50 min məhkum azadlığa buraxılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin sentyabrından etibarən ölkədə, həbsmüddətinin 40 faizini çəkmiş məhkumların həbsxanalarda yerçatışmazlığı səbəbindən mərhələli şəkildə azadlığa buraxılmasınınəzərdə tutan proqram tətbiq olunmağa başlanıb. Bu addım İngiltərəvə Uelsin penitensiar sistemində məhkumların sayının rekord həddə -88 min 521 nəfərə çatmasından sonra atılıb.

Qeyd olunur ki, 10 sentyabr 2024-cü ildən 30 sentyabr 2025-ciilədək bu mexanizm üzrə 48 min 931 nəfər azadlığa buraxılıb.

264 nəfər barəsində isə şərti vaxtından əvvəl azadlığa buraxılmaqərarları şərtlərin pozulması səbəbindən ləğv edilib, lakin həminşəxslər müəyyən edilmiş müddətdə yenidən həbsxanalaraqayıtmayıblar.

Məqalədə:
Seçilən
23
44
az.trend.az

10Mənbələr