Baku.ws saytına istinadən ain.az xəbər verir.
Türkiyənin İzmir, Manisa və Muğla vilayətlərində güclü yağış və fırtına həyat şəraitini çətinləşdirib. Küçələr su altında qalıb, ev və obyektləri sel basıb.
BAKU.WS xəbər verir ki, İzmirdə Buca, Konak, Karabağlar və Bornova rayonlarında güclü yağış nəticəsində yollar gölə dönüb, bəzi avtomobillər su altında qalıb. Bir sıra ərazilərdə kanalizasiya sistemləri daşaraq nəqliyyatın hərəkətini iflic edib. İldırımın nasos stansiyasına düşməsi səbəbindən Bornova, Karşıyaka və Çiğli rayonlarında su təchizatı dayandırılıb.
Manisada sel suları park edilmiş avtomobili dərəyə sürükləyib. Bundan başqa, şarj stansiyasında olan elektrikli avtomobildə qısaqapanma nəticəsində yanğın baş verib, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Muğlanın Datça rayonunda isə selə düşən sürücü ağac budağından tutunaraq xilas olub. Xilasetmə qrupları tərəfindən təhlükəsiz əraziyə çıxarılan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.