AZ

Xocalı sakinlərinin həyatında YENİ MƏRHƏLƏVİDEO

Hansı şəraitdə olursa olsun, doğma yurdlarına qayıdıb, daxmada olsa belə, yaşamaq arzuları var idi. Arzuları reallaşdı, ancaq daxmada yox, hər şəraitli müasir evlərdə yaşayırlar.

Xezerxeber.az xəbər verir ki, bura Xocalının Xanyurdu kəndidir. Sonuncu yaşayış yerləri Goranboy rayonu olan Muradovlar ailəsi  ötən il dövlətin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində doğma Xanyurdu kəndinə qovuşub. 

Ailə başçısı deyir ki, ata-baba torpaqlarına qayıtmağı uzun illər gözləyiblər. Ancaq, buna dəyib. Hazırda təqdim olunan evlər fəsildən asılı olmayaraq onlara rahat şərait təqdim edir. 

Hazırda Xocalıda da genişmiqyaslı tikinti-quruculuq işləri davam etdirilir. Mənzillər, obyektlər və digər infrasturuktur tamamlanandan sonra sahibləri torpaqlarına qayıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
1
26
xezerxeber.az

10Mənbələr