"Yaxın zamanlarda dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq".
Kulis.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova "Azərbaycan mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Artıq fevralın 2-dən struktur dəyişikliyi qüvvəyə minəcək. Boş olan yerlərə təyinatlar olacaq. Bu, dövlət teatrlarında yeni modelə keçildiyi üçün zəruridir", deyə, o, bildirib.