AZ

Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində musiqili səyahət

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 29-da Dövlət Uşaq Filarmoniyasında “Andersen nağıllarının sehrində musiqili səyahət” adlı konsert proqramı təqdim ediləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində dünya ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersenin nağıllarına həsr olunmuş musiqi nümunələri təqdim olunacaq. Nağıl mövzuları piano ifaları vasitəsilə musiqi dilində dinləyicilərə çatdırılacaq.

Konsertin əsas məqsədi uşaqlarda və gənclərdə klassik musiqiyə marağın artırılması, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin musiqi vasitəsilə tanıdılmasıdır.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

Seçilən
26
1
azertag.az

3Mənbələr