Naxçıvan Dövlət Universitetinin nəzdində yeni tələbə yataqxanasının tikintisi nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NDU-nun rektoru Elbrus İsayev məlumat verib.
Rektor bildirib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan yataqxana tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.
O qeyd edib ki, yeni yataqxana müasir tələblərə cavab verən şəraitlə təmin olunacaq.