AZ

Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra dünyasını dəyişdi

Yeni il günü turşudan zəhərlənən 53 yaşlı Elşən Şöyübov 22 gün sonra vəfat edib. 

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Qazax rayonunun Qaymaqlı kəndində baş verib.  

Belə ki, Şöyübovlar ailəsi bayram günü yedikləri pomidor turşusundan zəhərləniblər. Ailənin iki övladı müalicə alaraq sağalıb. E.Şöyübovun vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, E.Şöyübov bu il yanvarın 1-də turşudan zəhərlənmə şübhəsi ilə Toksikologiya şöbəsinə hospitalizasiya olunub:
 

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, aparılan müayinələrin nəticələrinə əsasən ona botulizm diaqnozu təyin edilib. Pasiyent ağır vəziyyətdə 22 gün reanimasiya şöbəsində müalicə alıb, daha sonra ailə üzvlərinin könüllü müraciəti əsasında özəl klinikaya köçürülüb”.


E.Şöyübov ötən gün müalicə aldığı özəl xəstəxanada vəfat edib.

Bizim.Media

Seçilən
10
12
bizim.media

10Mənbələr