AZ

Tofiq Musayevin UFC-dəki növbəti rəqibi bəlli oldu

BAKI, 30 yanvar. TELEQRAF

Azərbaycanın UFC döyüşçüsü Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib.

Teleqraf insayder Leo Uolker Qimarayeşə istinadən xəbər verir ki, təmsilçimiz Samuel Sançeslə üz-üzə gələcək.

Döyüşün aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 115 turniri çərçivəsində reallaşacağı gözlənilir.

Bu, Tofiq Musayevin UFC-dəki ikinci döyüşü olacaq. O, daha əvvəl iyunun 21-də Bakıda baş tutan turnirdə qırğızıstanlı Oralbay Mıktıbeklə qarşılaşıb və rəqibinin ağrıdıcı fəndinə düşərək məğlub olub.

Qeyd edək ki, braziliyalı Samuel Sançes MMA karyerası ərzində keçirdiyi 12 döyüşün 11-də qalib gəlib, 1-də isə uduzub. Tofiq Musayevin aktivində isə 28 döyüşdə 22 qələbə və 6 məğlubiyyət var.

Seçilən
12
26
teleqraf.com

10Mənbələr