UFC 325 turniri ərəfəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə braziliyalı Maurisio Ruffi ilk dəfə rəsmi şəkildə üz-üzə gəliblər.
Far.Az xəbər verir ki, bu barədə "UFC Eurasia" paylaşım edib.
Döyüşöncəsi "face-off" mərasimi normal atmosferdə keçib və tərəflər bir-birinin əlini sıxıblar.
Qeyd edək ki, idmançılar döyüş üçün 31 yanvar tarixində oktaqona çıxacaqlar.