ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qalatasaray” heyətinə iki yeni futbolçu cəlb edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb."Football-plus.az" xəbər verir ki, İstanbul klubu “Napoli”dən Noa Lanqı icarəyə götürüb. 26 yaşlı vingerlə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. “Qalatasaray” bu keçidə görə “Napoli”yə 2 milyon avro ödəyəcək. Qeyd edək ki, Lanq bu mövsüm bütün turnirlərdə ümumilikdə 27 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.Türkiyənin son çempionu “Jirona”dan Yaser Asprilyanı da transfer edib. Klubun mətbuat xidmətinin xəbərində kolumbiyalı vingerin “Qalatasaray”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcəyi bildirilib. “Jirona” Yaseri 2024-cü ilin avqustunda “Uotford”dan 25 milyon avroya transfer edib. Bu, İspaniya klubunun tarixinə transfer rekordu kimi düşüb. La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan 22 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 17 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.