AZ

İspaniya polisi insan alveri ilə məşğul olan cinayətkar şəbəkəni zərərsizləşdirib

İspaniyada hüquq-mühafizə orqanları insan alveri ilə məşğul olan cinayətkar təşkilatı ifşa edərək fəaliyyətini dayandırıb.

Bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

Bildirilib ki, polis araşdırması 2024-cü ilin iyul ayında insan alveri qurbanlarına yardım xidməti tərəfindən daxil olan elektron məktubdan sonra başlanıb.

Məktubda Santa-Krus-de-Tenerife şəhərində dörd gecə klubunu idarə etdiyi və bir neçə qadını nəzarətdə saxladığı ehtimal edilən cütlük barədə xəbərdarlıq edilib.

Keçirilən əməliyyat nəticəsində polis 27 qadını azad edib. Azad edilənlər arasında yetkinlik yaşına çatmayan şəxslərin də olduğu bildirilib. Cinayət işi üzrə ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında cinayətkar qrupun iki liderinin də olduğu qeyd olunub.

 

Seçilən
9
49
7news.az

10Mənbələr