AZ

Çin məşhur mafiya ailələrinin üzvlərini niyə belə tez edam etdi?


Çin Myanmanın şimal-şərqində yerləşən Laukkainq şəhərində fəaliyyət göstərən mütəşəkkil cinayətkar ailənin 11 üzvünü edam edib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, onlarla bağlı ölüm hökmü sentyabr ayında çıxarılıb və həmin şəxslərin bu qədər qısa müddətdə – cəmi 4 ay ərzində edam olunmaları təəccüb və maraq
Nəşr yazır ki, söhbət 2009-cu ildən etibarən Myanmanın yoxsul Şan ştatında yerləşən Laukkainq şəhərinə nəzarət edən Minq, Bau, Vey və Liu ailələrindən gedir. Bu klanlar əvvəlcə narkotik ticarəti ilə məşğul olsalar da, sonradan kazinolar və əsasən onlayn mərc oyunlarına əsaslanan iri bir “iqtisadi cinayət şəbəkəsi” qurublar.
Bildirilir ki, onların Myanma ordusu ilə sıx əlaqələri olub; hətta 2021-ci il çevrilişindən sonra ölkənin faktiki lideri Min Aun Hlaynq Liu ailəsinin başçısını rəsmi şəkildə təltif edib.
“Laukkainqdə bu ailələrin idarə etdiyi dələduzluq mərkəzləri xüsusi qəddarlığı ilə seçilib. On minlərlə insan, əsasən Çin vətəndaşları, yüksək maaş vədi ilə ora aparılıb, lakin faktiki olaraq saxlanılıb və zorla “donuz kəsimi” adlanan onlayn fırıldaq sxemlərində işlədilib. İşgəncələrin adi hala çevrildiyi bildirilir. 2023-cü ilin oktyabrında Minq ailəsinə məxsus “Crouching Tiger Villa” kompleksində qaçış cəhdi zamanı bir neçə Çin vətəndaşının öldürülməsi Pekini müdaxiləyə vadar edib”, - BBC yazır.
Çinin razılığı ilə etnik silahlı qrup MNDAA və müttəfiqləri Laukkainqi ələ keçirib, ailə başçılarını saxlayaraq onlarla qohum və tərəfdaşı Çin polisinə təhvil veriblər. Minq ailəsinin lideri Minq Syuçanq tutulduqdan sonra intihar edib. Çin tərəfi sərt addımlarını əsaslandırmaq üçün istintaq zamanı törədilmiş qətllərlə bağlı etirafları da ictimailəşdirib.
Bildirilir ki, hazırda Bau ailəsinin daha beş üzvü edam gözləyir, Vey və Liu ailələri ilə bağlı məhkəmə prosesləri isə davam edir. Çin bu kampaniya çərçivəsində Tayland və Kambocadan da iri dələduzluq şəbəkələrinin rəhbərlərinin ekstradisiyasına nail olub və on minlərlə Çin vətəndaşını geri qaytararaq mühakimə edib.
Seçilən
34
8
yeniavaz.com

10Mənbələr