Fransalı yarımmüdafiəçi Nqolo Kante yenidən Avropaya qayıda bilər.
İdmanxeber.az xəbər verir ki, hazırda “Əl-İttihad”da çıxış edən 34 yaşlı futbolçu “Fənərbağça”nın transfer siyahısına daxil edilib. İstanbul klubu Kante üçün 4 milyon avro ödəməyə hazırdır.
Onun Səudiyyə klubu ilə müqaviləsi yayda başa çatır ki, bu da keçidin reallaşma şansını artırır.
Kante cari mövsüm çempionatda 18 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.