“Fənərbaxça” N`Qolo Kanteni transfer etmək istəyir.
Msport.az xəbər verir ki, İstanbul klubu bununla bağlı futbolçunun çıxış etdiyi “Əl İttihad” klubuna müraciət ediblər. 34 yaşlı yarımmüdafiəçi “Fənər”in təklifini nəzərdən keçirməyə hazırdır.
Fransalı futbolçu 2023-cü ildə “Çelsi”dən “Əl İttihad”a azad agent kimi keçib. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 100 oyunda 9 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun “Əl İttihad”la müqaviləsi yayda başa çatır.
Tranfermarkt Kanteni 4,5 milyon avro dəyərləndirir.
Kante Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub.