AZ

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Bakı, 30 yanvar, AZƏRTAC

2025-ci ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC 255,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,58 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 237,6 milyon dollar olub.

Seçilən
74
6
azertag.az

10Mənbələr