AZ

Kanadada istehsal olunan bütün təyyarələr üçün sertifikatlaşdırma ləğv olundu- Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadada istehsal olunan bütün təyyarələrin sertifikatlaşdırılmasının ləğv olunduğunu elan edərək, Amerika aerokosmik şirkətinin məhsulları həmin ölkədə sertifikatlaşdırılana qədər bu təyyarələrə 50 faizlik tarif tətbiq etməklə hədələyib.

Vətəninfo.az xəbər verir ki, Tramp  Truth Social-da yazıb : “Kanadanın Gulfstream 500, 600, 700 və 800 təyyarələrini sertifikatlaşdırmaqdan haqsız, qanunsuz və israrlı şəkildə imtina etməsinə əsaslanaraq… biz bununla onların Bombardier Global Express və bütün Kanada istehsalı olan təyyarələrinin sertifikatını böyük Amerika şirkəti olan Gulfstream tam sertifikatlaşdırılana qədər ləğv edirik ” .

CNN USA xəbər verir ki, Trampın təyyarənin sertifikatını ləğv etmək üçün qanuni səlahiyyətinin olub-olmadığı bəlli deyil. Ağ Ev Kanada təyyarəsi ilə bağlı heç bir əmr verməyib.

AeroDynamic Advisory konsaltinq şirkətinin idarəedici direktoru Riçard Abulafiya CNN-ə bildirib ki, heç bir prezident təyyarə sertifikatını birbaşa ləğv etməyib. Qərar həmişə Federal Aviasiya Administrasiyasının aviasiya təhlükəsizliyi üzrə mütəxəssislərinin səlahiyyətində olub.

Seçilən
18
2
veteninfo.az

10Mənbələr