Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb. Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.
Tarix: 30 Yanvar 2026, 10:27