AZ

Elnarə Akimovadan sahibkarlıq fəaliyyəti iddiasına cavab

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidmətinin məlumatına görə, hazırda (28.01.2026) millət vəkilləri Akimova Elnarə Seydulla qızı (46 saylı Sumqayıt beşinci seçki dairəsi), Seyidzadə Şahin Kamil oğlu (87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi), Nəsirov Elman Xudam oğlu (42 saylı Cəlilabad kənd seçki dairəsi), Qədirli Erkin Toğrul oğlu (16 saylı Yasamal ikinci seçki dairəsi) və Əliyev Bəxtiyar Həmzə oğlu (119 saylı Ağdam seçki dairəsi) aktiv vergi ödəyicisi (fərdi sahibkar) hesab olunurlar.

Millət vəkili Elnarə Azimova NOCOMMENT.az -a açıqlamasında məsələyə aydınlıq gətirib. O, sahibkar olmadığını qeyd edib

“Mən fərdi sahibkar deyiləm. Sadəcə olaraq 3 aydan bir boş hesabat verirəm. Mədəniyyət Nazirliyinin Elmi Nəşrlər Komissiyasının üzvüyəm və ildə bir dəfə, dekabr ayında bizə nazirlik tərəfindən qonorar ödənilir.

“Nazirlik tərəfindən komissiyanın bütün üzvlərinə – millət vəkili olub-olmamasından asılı olmayaraq – tövsiyə olunur ki, sadələşdirilmiş vergi ödəyicisi kimi adlarına VÖEN açsınlar. Yəni biz sadələşdirilmiş vergi ödəyicisi oluruq. Mən də millət vəkili olmadan bu VÖEN-i açmışam və 3 aydan bir boş hesabat təqdim edirəm”, – millət vəkili bildirib.

Sara

Seçilən
14
5
nocomment.az

7Mənbələr