AZ

TƏBİB-in tibbi müəssisələrində göstərilən xidmətlərin həcmi 14 faiz artıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2025-ci il ərzində ümumilikdə 25 599 556 müraciət qeydə alınıb. Bunlardan 530 447-si stasionar, 25 069 109-u ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 6 % çox olub.

SİA xəbər verir ki, 2025-ci ildə göstərilən xidmət sayında 2024-cü illə müqayisədə artım müşahidə olunub. Sözügedən müddət ərzində 93 970 438 (12 137 680 stasionar, 81 832 758 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 14 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 40 107 778 sayda laborator müayinələr aparılıb ki, onların da 6 149 573-ü stasionar, 33 958 205-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü il ilə müqayisədə 20 % artım qeydə alınıb.

Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 377 835 cərrahi əməliyyat və prosedur (353 485 stasionar, 24 350 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı 2024-cü il ilə müqayisədə 1% artıb.

Seçilən
65
42
sia.az

10Mənbələr