Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov öz sosial media hesabında məlumat yayıb.
O bildirib ki, Salyan rayonunun Babazanlı massivindən olan 51 yaşlı Ələsgərov İsmayıl Kamil oğlu müharibədə həyatını itirib.
E. Məmmədov qeyd edib ki, İ. Ələsgərov Sankt-Peterburq şəhərində ailə qurub və 30 ildir ki, orada yaşayırmış.
Hüquq müdafiəçisi müharibədə həlak olan şəxsin Sankt-Peterburqda yaşayan Salyan sakinləri tərəfindən dəfn edildiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.