AZ

Ukrayna ilə döyüşlərdə daha bir Azərbaycan vətəndaşı həyatını itirdi


Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov öz sosial media hesabında məlumat yayıb.
O bildirib ki, Salyan rayonunun Babazanlı massivindən olan 51 yaşlı Ələsgərov İsmayıl Kamil oğlu müharibədə həyatını itirib.
E. Məmmədov qeyd edib ki, İ. Ələsgərov  Sankt-Peterburq şəhərində ailə qurub və 30 ildir ki, orada yaşayırmış.
Hüquq müdafiəçisi müharibədə həlak olan şəxsin Sankt-Peterburqda yaşayan Salyan sakinləri tərəfindən dəfn edildiyini bildirib.
Seçilən
51
8
yeniavaz.com

10Mənbələr