AZ

Trampdan İranla təmaslara dair açıqlama: İki əsas tələbim var

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp son günlərdə İranın ali rəhbərliyi ilə birbaşa əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, bu təmasların əsas məqsədi Tehranı nüvə silahı proqramından çəkindirmək və ölkədə baş verən etiraz aksiyalarına qarşı həddindən artıq güc tətbiq edilməsinin qarşısını almaqdır.

BAKU.WS xəbər verir ki, Tramp bu fikirləri Oval Ofisdə jurnalistlərlə görüşü zamanı səsləndirib.

"Bəli, belə danışıqlar aparılıb və mən bu əlaqələri davam etdirməyi düşünürəm", – deyə ABŞ Prezidenti qeyd edib.

O vurğulayıb ki, İran tərəfinə iki əsas tələb irəli sürülüb: nüvə silahının hazırlanmasından imtina edilməsi və etirazçılara qarşı ölümcül güc tətbiqinin dayandırılması.

Tramp əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir sıra iri hərbi gəmilər hazırda İran istiqamətində hərəkət edir: "Onlardan istifadə etməyə ehtiyac qalmasa, bu, ən yaxşı variant olar".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
42
baku.ws

10Mənbələr