ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Championat” nəşrinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, qolkiper komandanın Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsini şərh edib:
“Bütün bunlar klubun, baş məşqçi Qurban Qurbanovun zəhmətinin nəticəsidir. Onun sistemi, oyun anlayışı, səbri və gördüyü işlər olmasaydı, bunlar mümkünsüz idi. Postsovet ölkəsindən belə bir büdcəyə malik komandanın hər il Avropa yarışlarında oynaması qeyri-real görünürdü. “Qarabağ”ın uğuru böyük nailiyyət hesab edilir və Avropanın ən yaxşı klublarına qarşı eyni səviyyədə oynaya bilir.
Həqiqətən, bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Bəlkə də, indi çox adam başa düşmür. Amma illər keçdikcə komandamız haqda daha çox danışılacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.