AZ

PSJ, yoxsa “Nyukasl”? Avropa futbolunun biliciləri seçim etdi

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün, Bakı vaxtı ilə saat 15.00-da Nyon şəhərində başlayacaq püşkatma mərasimində “Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi müəyyənləşəcək. Ağdamlıların potensial rəqibləri də bəllidi: onlar ya Fransa PSJ-si, ya da İngiltərə “Nyukasl”ı ilə qarşılaşacaq.Bəs, hansı rəqib Qurban Qurbanovun komandası üçün daha uyğundu?Bu sualla “CBC Sport”un şərhçilərinə müraciət etdik. Onlardan seçimlərinin səbəblərini izah etmələrini də istədik.Fərid Ramazanov:

“Məncə, “Nyukasl” daha uyğundu, çünki PSJ daha böyük iddiaya malik komandadı, Çempionlar Liqasının son qalibidi, heyəti daha geniş və dünya ulduzlarından ibarətdi”.

Süleyman Vəliyev:

“PSJ olmasını istərdim. ÇL-in pley-off həyəcanını tam yaşamaq üçün son qalibdən daha uyğun rəqib ola bilməz. Belə böyük turnirləri böyük edən məhz belə nəhəng klublardı. Burda oynayanda hər futbolçu dünyanın ən yaxşıları ilə yarışmaq arzusunda olur. Bir klubun ÇL-in qalibi statusunda Bakıya gəlişi özü artıq tarixi hadisədi. Bu mənada düşünürəm ki, PSJ daha cəlbedici və maraqlı rəqib sayılmalıdı”.

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
24
icma.az

10Mənbələr