AZ

“Qurban Qurbanov paltardəyişmə otağında çox qəzəbli idi, hamını söyürdü” – Şahruddin Məhəmmədəliyev ruslara sirr açdı

“Qarabağ”ın Şahruddin Məhəmmədəliyevi möhtəşəm qapıçı olmasa da, ən azı rusiylı həmkarlarımızla ünsiyyətə daim açıqdı. Dağıstanlı kiper “championat.com”a verdiyi müsahibədə Qurban Qurbanov və “Liverpul”la oyun haqda maraqlı açıqlamalar verib: “Qurbanov çox ambisiyalıdı. Hətta “Liverpul”la oyunda da qalib gəlmək istəyirdik, bu üzdən də 0:6 uduzduq (gülür). Hücumameyilli oynadıq. O, “Barsa” sisteminin fanatıdı. Bizə də bu prinsipləri aşılayır: topa nəzarət etməli, onu özümüzdə saxlamalıyıq. Son vaxtlar isə Avropa səviyyəsinə uyğun olmaq üçün “fizika” üzərində çox işləyirik. Avropalılar hər üç gündən bir bu səviyyədə oynayır, biz isə yalnız Çempionlar Liqasında, yəni üç həftədən bir. Baş məşqçimiz həqiqətən çox ambisiyalıdı, heç vaxt dayanmır. Onun bir dəfə də özündən razı qaldığını görməmişəm. Məsələn, “Liverpul”a məğlubiyyətdən sonra Qurbanov paltardəyişmə otağında çox qəzəbli, məyus idi, hamını söyürdü. Sonra isə belə dedi: “Yaxşı. Pley-offdayıq, tarix yazdıq, sevinin, uşaqlar”. Ancaq yenə də “Enfild”dəki 0:6-dan uzaqlaşa bilmədi. Ora biz qələbə düşüncəsi ilə getmişdik”.
ORXAN

Seçilən
86
2
football-plus.az

10Mənbələr