Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində son dövrdə həyata keçirilən layihələr, əldə olunan nəticələr, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan plan və prioritetlər barədə ətraflı məlumat verilib.
Nazir Rəşad Nəbiyev İctimai Şura üzvlərinin fikir və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda nazir Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın sədri Siruz Abasbəylini 80 illik yubileyi münasibətilə təbrik edib və ona təşəkkürnamə təqdim edib. İctimai Şura üzvləri isə açıq və səmimi müzakirə mühitinə görə minnətdarlıqlarını ifadə ediblər.