AZ

Ermənilərin Qarabağdan kütləvi köçməsi gələcəkdə başımızda “Domokl qılıncı”na çevrilməz ki?..

“Onların törətdiyi cinayətlərin sayı-hesabı yoxdur.  Və ermənilərin, eləcə də onların arxasında duranların Azərbaycana qarşı işlədəcəyi hansısa işğal, qətliam, zorakılıq və s. faktı yoxdur. Onlar bu barədə bir  kəlmə də söz deyə bilməzlər...”
 
Hazırda Ermənistanda Rusiya tərəfindən dəstəklənən revanşist siyasi dairələr Azərbaycana qarşı müxtəlif iddialar irəli sürməkdədirlər. Bunlardan biri də guya 2020-2023-cü illərdə keçmiş Dağlıq Qarabağ ərazisindəki ermənilərin(özü də guya 120 min) öz “tarixi vətənlərindən zorla çıxarılması”, yəni guya “etnik təmizləməyə” məruz qalmalarıdır.  Görəsən, gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə və ümumiyyətlə, beynəlxalq situasiya, geo-siyasi durum dəyişərsə, Ermənistanın, eləcə də həmin Rusiyanın, yaxud digər dünya güclərinin təhriki ilə bu saxta “fakt” Azərbaycanın başı üzərində bir “Domokl qılıncı”na çevrilməz ki? Necə ki, qondarma 1915-ci il “erməni soyqırımı”nı 100 ildən çox müddətdə qardaş Türkiyənin başında eyni “qılınc” kimi saxlayıblar...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabiul Hüseynli  bunları söyləyib:
 
“Bilirsiz, fakt odur ki, əvvəla, biz erməniləri Azərbaycan ərazisindən zorla çıxarmamışıq- onlar keçmiş Dağlıq Qarabağı könüllü tərk edərək Ermənistana köçüblər. Özü də çox rahat şəkildə, avtomat güllələri və "Qrad" mərmiləri altında yox... İkincisi, biz onlara divan tutmamışıq, onlardan bir nəfər də qətlə yetirməmişik.  Əksinə,  onlar(hələ XX əsrin əvvəllərini demirik) 1988-2020-ci illər ərzində Rusiya və digərlərinin fitvasıyla Azərbaycana qarşı Bağanis-Ayrım qətliamını, Qaradağlı qətliamını, Meşəli qətliamını, Ağdaban qətlamını, Xocalı soyqırımını  və s. törədiblər. Üstəlik, hüquqi torpaqlarımızın 20 faizindən çoxunu işğal ediblər. Yəni onların tərətdiyi cinayətlərin sayı-hesabı yoxdur.  Və ermənilərin, eləcə də onların arxasında duranların Azərbaycana qarşı işlədəcəyi hansısa işğal, qətliam, zorakılıq və s. faktı yoxdur. Onlar bu barədə bir  kəlmə də söz deyə bilməzlər. Bu məsələ birdəfəlik və həmişəlik həll olunub. Odur ki, gələcəkdə də hansısa beynəlxalq güc həmin qondarma “etnik soyqırımı” faktını bizim qarşımızda qoymaq gücündə olmayacaq...”
 
Sultan Laçın
 
Seçilən
17
11
moderator.az

10Mənbələr