AZ

Paşinyan: Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin... Əgər Rusiya istəməsə....

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgə ölkələrinin enerji və nəqliyyat infrastruktur barədə mühim açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, Ermənistanın enerji sistemini Türkiyə və Azərbaycanın enerji sistemləri ilə inteqrasiya etməyin vacibliyini qabardıb.

Paşinyan bildirib ki, bu, çox doğru addım olacaq: "Vahid regional enerji məkanının yaradılması Cənubi Qafqazı beynəlxalq bazarlarda güclü enerji ixracatçısına çevirəcək. Ermənistanın enerji sistemini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirmək düzgün addım olardı. Ermənistan və Azərbaycanın enerji istehsal gücləri ehtiyaclarını aşır. Bu, qarşılıqlı faydalı əməkdaşlığa yol açacaq. Ermənistan daha geniş bazarlara çıxış üçün Azərbaycanın infrastrukturundan istifadə etməkdə maraqlıdır. Bunun müqabilində Azərbaycan Ermənistan üzərindən Naxçıvana və digər istiqamətlərə elektrik enerjisi tranziti imkanı qazanacaq".

Paşinyan Rusiyanın Ermənistan sərhədləri daxilində Azərbaycan və Türkiyəyə uzanan dəmir yolu xətlərinin bəzi hissələrini təmir etməsi məsələsinə də toxunub: "Bu məsələ ilə bağlı Moskvaya yazılı sorğu təqdim etmişik. Hələ cavab olub-olmadığını bilmirəm, amma ümumiyyətlə müsbət siqnallar görürük. Prosesin sürətlənəcəyinə ümid edirik. Rusiya sərmayə qoymaq istəməsə, onda özümüz öz ərazimizdəki hissədə hər şeyi edəcəyik".

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
mia.az

1Mənbələr