AZ

Alen Simonyan Koçaryanı məhkəməyə vermək istəyir

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə vermək niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, Simonyan Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib.

Qeyd edək ki, Koçaryan bugünkü mətbuat konfransında onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair Simonyanın son bəyanatına belə reaksiya verib./APA


Telegram kanalımız
Seçilən
36
5
yenisabah.az

6Mənbələr