AZ

Alen Simonyan Koçaryanı məhkəməyə verməkNİYYƏTİNDƏDİR

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə vermək niyyətindədir.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib.

Qeyd edək ki, Koçaryan bugünkü mətbuat konfransında Simonyanın onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair son bəyanatına belə reaksiya verib.


 

Seçilən
45
5
redaktor.az

6Mənbələr