AZ

Məşhur heyvan bazarı AÇILDI

Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib.

“Cebheinfo.az” xəbər verir ki bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. 

Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. 

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.

Seçilən
73
26
cebheinfo.az

10Mənbələr