“Politico” nəşrində yayımlanan məqalədə bildirilir ki, İslam Respublikasına qarşı ölkə miqyasında keçirilən etirazlar zamanı İran vətəndaşları həyatlarını riskə ataraq ölkənin gələcəyi uğrunda mübarizə aparıb. Bu proses artıq tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir.
Vətəninfo.az xəbər verir ki, məqalədə qeyd olunur ki, beynəlxalq ictimaiyyət artıq İran xalqının tələbləri qarşısında neytral qala bilməz və etirazçıların əsas gözləntisi onların adından danışmaq deyil, başladılan dəyişiklik prosesinə real dəstək göstərilməsidir.
Məqalədə bildirilir ki, İran cəmiyyəti illərdir dövlət zorakılığı, məhkəməsiz qətllər, qaçırılma, işgəncələr və geniş senzura ilə üzləşir. Nəticədə, bir tərəfdə güclü dövlət strukturları, digər tərəfdə isə silahsız mülki əhali dayanır.