AZ

İran xalqı tarix yazır, Avropa isə onları dəstəkləməlidir - “Politico”

İranda rejimə qarşı ölkə miqyasında keçirilən etirazlar zamanı İran vətəndaşları həyatlarını riskə ataraq ölkənin gələcəyi uğrunda mübarizə aparıb. Bu proses artıq tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir.

Missiya.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məqalə dərc edib.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət artıq İran xalqının tələbləri qarşısında neytral qala bilməz və etirazçıların əsas gözləntisi onların adından danışmaq deyil, başladılan dəyişiklik prosesinə real dəstək göstərilməsidir.

Bildirilib ki, İran cəmiyyəti illərdir dövlət zorakılığı, məhkəməsiz qətllər, qaçırılma, işgəncələr və geniş senzura ilə üzləşir. Nəticədə, bir tərəfdə güclü dövlət strukturları, digər tərəfdə isə silahsız mülki əhali dayanır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
1
missiya.az

2Mənbələr