AZ

Kallas: Aİ bu gün İrana qarşı sanksiyaları və SEPAH-ın terror təşkilatı kimi tanınmasını müzakirə edəcək

Bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında İrana qarşı yeni sanksiyaların tətbiqi, həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsi müzakirə olunacaq.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə iclas başlamazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, belə bir qərar qəbul edilərsə, SEPAH "Əl-Qaidə", HƏMAS və İŞİD kimi terror strukturları ilə bir tutulacaq.

Məlumat yenilənir

Seçilən
19
1
far.az

10Mənbələr