BAKI, 21 yanvar. TELEQRAF
“Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımalıdır”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Avropa İttifaqı öz maraqlarını qorumaq çərçivəsində İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməlidir”, - o vurğulayıb.