AZ

Əgər Ukrayna bu iki şəhəri itirsə... - Klark

Rusiya qüvvələri Donbasın şərqində cəmləşdirib. İllərdir düşmən qalalara çevrilmiş Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə çalışır.

Aktual.az xəbər verir ki, bu barədə "Skay Nyus”un analitiki Maykl Klark bildirib.

O vurğulayıb ki, sözügedən şəhərlər Donetsk bölgəsinin Ukrayna ordusunun nəzarətində qalan 20% ərazinin müdafiəsində əsas rol oynayır:

"Bu şəhərlərin itirilməsi şərq cəbhə xəttinin dağılmasına səbəb olacaq. Əgər Slavyansk və Kramatorsk ələ keçərsə, qalan ərazilər də əldən gedəcək. Slavyansk tarixi və siyasi cəhətdən çox vacibdir, çünki ukraynalılar onu 2014-cü ildə geri alıblar".

Seçilən
3
1
ulusum.az

2Mənbələr