Aktual.az xəbər verir ki, bu barədə "Skay Nyus”un analitiki Maykl Klark bildirib.
O vurğulayıb ki, sözügedən şəhərlər Donetsk bölgəsinin Ukrayna ordusunun nəzarətində qalan 20% ərazinin müdafiəsində əsas rol oynayır:
"Bu şəhərlərin itirilməsi şərq cəbhə xəttinin dağılmasına səbəb olacaq. Əgər Slavyansk və Kramatorsk ələ keçərsə, qalan ərazilər də əldən gedəcək. Slavyansk tarixi və siyasi cəhətdən çox vacibdir, çünki ukraynalılar onu 2014-cü ildə geri alıblar".