AZ

FED faiz qərarını açıqladı - TRAMPIN İSTƏDİYİNİ ETMƏDİ

ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ilin ilk faiz qərarını açıqladı.

Marja.az xəbər verir ki, FED faizlərini mövcud səviyyədə, yəni 3,50%–3,75% intervalında sabit saxlayıb. Proqnoz da FED-in faizlərini sabit saxlayacağı istiqamətində idi.

Bakı vaxtı ilə saat 23:30-da isə FED sədri Ceron Pauelin mətbuat konfransı başlayacaq. Analitiklər FED sədri Jerome Powell-in qərardan sonra verəcəyi açıqlamalar qiymətlər üçün çox vacib olacağını bildirir və bu kontekstdə bazar dəyişkənliyinin arta biləcəyi barədə xəbərdarlıq ediblər.

ABŞ Prezident FED-dən faizləri kəskin şəkildə endirməsini dəfələrlə tələb edib. Donald Tramp bildirib ki, Fed faizləri yavaş azaldıb və monetar şəraiti yumşaltmaqda gecikib. Trampın FED sədri Jerome Powell-ə yönələn təzyiqləri Mərkəzi Bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb, bu da ABŞ istiqrazları və dolların satışa çıxarılmasına səbəb olub. Mövcud FED  sədri Jerome Powell-in müddəti may ayında başa çatır və Tramp yaxın aylarda Powell-in yerinə namizədi elan etməyi planlaşdırır. Yeni sədrin Trampın istəyilə faizləri azaldacağı gözlənilir. 

Tramp Çin və Yaponiya ilə mübarizə apardığını, çünki onların valyutalarını devalvasiya etmək istədiklərini bildirib və əlavə edib ki, bu, ədalətsizdir və valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.

Seçilən
8
1
marja.az

4Mənbələr