ain.az, Marja.az portalına istinadən məlumat verir.
Bu gün ABŞ Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə 23:00-da ictimaiyyətə bəyan ediləcək. Saat 23:30-da isə FED sədri Ceron Pauelin mətbuat konfransı başlayacaq.

ABŞ Mərkəzi Bankının (Fed) faizlərini mövcud səviyyədə- 3,5%–3,75% intervalında saxlayacağı gözlənilir.
ABŞ Prezident FED-dən faizləri kəskin şəkildə endirməsini dəfələrlə tələb edib. Donald Tramp bildirib ki, Fed faizləri yavaşlıqla azaldıb və monetar şəraiti yumşaltmaqda gecikib.
Tramp-ın Powell-ə yönələn təzyiqləri Mərkəzi Bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb, bu da ABŞ istiqrazları və dolların satışa çıxarılmasına səbəb olub.
Mövcud Fed sədri Jerome Powell-in müddəti may ayında başa çatır və Tramp yaxın aylarda Powell-in yerinə namizədi elan etməyi planlaşdırır. Yeni sədrin Trampın istəyilə faizləri azaldacağı gözlənilir.
İş elanları AzVak.az-da
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.