Yarımmüdafiəçi Duqlas Luis "Yuventus"dan icarə əsasında "Aston Villa"ya qayıdıb.
Apasport.az xəbər verir ki, Birmingem klubu 27 yaşlı braziliyalını mövsümün sonuna qədər 2 milyon avroya icarəyə götürüb.
Müqavilədə futbolçunun 25 milyon avroya satınalma hüququ, həmçinin müəyyən şərtlər yerinə yetirildiyi halda 3,5 milyon avro məbləğində bonuslar nəzərdə tutulub.
Duqlas Luis daha əvvəl 2019–2024-cü illərdə "Aston Villa"nın formasını geyinib. O, "Yuventus" tərəfindən 50 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, cari mövsümün ilk yarısını braziliyalı "Nottingem Forest"də icarədə keçirib və Premyer Liqada 8 matçda iştirak edib.
“Fənərbaxça”da zədəli futbolçularla bağlı son durum
İspaniya millisinin vingeri London klubunda - Rəsmi
“Lans”dan müdafiə xəttinə yeni transfer
"Mançester Yunayted" "Everton"un futbolçusu ilə maraqlanır
45 yaşında klubunu dəyişdi